Yol polisi parklanma qaydaları ilə bağlı maraqlı təkliflər verdi

parkox

"İnsanlar başa düşməlidir ki, kiçik qayda pozuntusu saydıqları xəta böyük faciəyə səbəb ola bilər"

Bakı şəhərində yol infrastrukturunu, həmçinin yol hərəkətinin təşkili istiqamətlərini təkmilləşdirmək məqsədi ilə son illər ərzində xeyli vəsait sərf edilib. Şəhər və respublika əhəmiyyətli yollar tikilib, daha çox kəsişməni əhatə etmək məqsədiə siqnallaşdırma sistemi genişləndirilib. Bundan əlavə, şəhərin mərkəzi ərazisinin böyük hissəsini əhatə edən yol hərəkətinə elektron nəzarət sistemi quraşdırılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yol hərəkətinə nəzarətin həyata keçirilməsi, yol həhərəkəti təhlükəsizliyinin təmin olunması, həmçinin yol həkətinin təşkili sahəsində fəaliyyətini qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun şəkildə quraraq avtomobil nəqliyyatının hərəkət intensivliyinin kəskin şəkildə yüksəlməsi fonunda qarşıya qoyulmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün daim səmərəli işini davam etdirir. Belə ki, paytaxtda avtomobil nəqliyyatının hərəkətinin effektiv təşkili, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və nəzarət funksiyalarının təmin edilməsində çətinliklərin yaranmasının səbəbi kimi son dövrün ən aktual problemlərindən olan qeyri-qanuni parklanma və məhz bu səbəbdən yaranan tıxajları göstərmək olar. Bu qlobal problemin yaranma səbəbləri və aradan qaldırılması istiqamətində tərəfimizdən sistemli və ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində mühüm dərəcədə irəliləyişlər əldə olunmasına baxmayaraq bu sahədə hələ də çətinliklər qalmaqdadır.

Paytaxt ərazisində nəqliyyat vasitələrinin hərəkət intensivliyinə mühüm təsir göstərən dayanma-durma və parklanma qaydalarının pozulması, yeni tikilərək istifadəyə verilmiş yeraltı və yerüstü parklanma meydançalarında kifayət qədər boş yerlərin olmasına baxmayaraq ətraf ərazilərdə qanunsuz parklanmanın intensivləşməsi hallarının qarşısının alınması məqsədilə xüsusilə şəhərin mərkəzi hissəsində yerləşən küçə və prospektlərdə həyata keçirilən tədbirlərə rəhbərlik tərəfindən nəzarət və tələbkarlıq artırılmış, nətijədə əməkdaşlarımız tərəfindən jari ilin müvafiq dövrü ərzində dayanma-durma qaydalarına əməl etməyən sürüjülər barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə 522 min 161 ədəd, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və 5.12 yol nişanından 15 metrdən az yaxınlıqda saxlayan sürücülər barəsində Məcəllənin 346.2-ci maddəsi üzrə 7 min 480 ədəd və ümumi istifadədə olan nəqliyyat vasitələri sürücüləri barəsində sərnişinləri dayanacaqlardan kənarda düşürdüb mindirdiklərinə görə 598 ədəd inzibati xəta haqqında protokol tərtib edilib.

Bundan əlavə, İdarə əməkdaşları tərəfindən Bakı şəhərində nəqliyyat axınının tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması məqsədilə texniki nizamlanma vasitələrinin vəziyyəti nəzarətdə saxlanılaraq cari ilin ötən dövrü ərzində 423 ədəd yeni yol nişanının və 5 ədəd svetofor obyektinin quraşdırılması, 904 ədəd yol nişanının yararsız hala düşməsi ilə əlaqədar dəyişdirilməsi, 33 küçə və prospektdə cizgi xətlərinin çəkilməsi və ictimai istifadə üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinin dayanacaq yerlərinin dəyişdirilməsi ilə bağlı təkliflər baxılması üçün Nazirlər Kabineti yanında «Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası»na göndərilmiş və bu təkliflər baxıldıqdan sonra məqbul hesab edilərək «Azəravtoyol ASC» tərəfindən icrası təmin edilib.

Ümumi mənzərəni təhlil etdikdə görürük ki, yeni tikilməkdə olan yaşayış binanalarında avtomobillərin park edilməsi problemi mövcuddur. Hansı ki, "Yol hərəkəti haqqında" Qanununun tələbinə əsasən bu cür binalar tikilərkən müvafiq icra hakimiyyəti orqanlarının, eləcə də DYP-nin rəyi nəzərə alınmalıdır. Amma çox təəssüflər olsun ki, belə binalar tikilərkən ya parklanma yerləri nəzərə alınmır, ya da belə yerlər binadakı mənzillərin sayından qat qat az olur. Əksinə isə bugünkü iqtisadi inkşafı və əhalinin maddi rifahının yaxşı olmasını nəzərə alaraq parklanma yerlərinin sayı mənzillərin sayınnan artq olmalıdır.

Bəzi hallarda yeni binalar inşa edilərkən nəinki avtomobil yolları, hətta mövcud piyada səkiləri belə inşaat işləri zamanı zəbt olunur. Nəticədə küçələrdə sıxlaşma baş verir və bunun məntiqi davamı olaraq hərəkət intensivliyi aşağı düşür. Bütün bunlar "Yol hərəkəti haqqında" Qanuna və Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə ziddir.

Məlumat üçün bildirirəm ki, Dövlət Yol Polisi il ərzində 100-ə yaxın hüquqi və fiziki şəxslər barəsində tikinti qaydalarının pozulması və yol təsərrüfatına ziyan vurulmasına görə cərimə sanksiyaları tətbiq edir. Belə halların qarşısının alınması bütün əlaqədar təşkilatların ciddi nəzarəti altında saxlanılmalıdır.

Dövlət Yol Polisi olaraq təklif edirik ki, bu kimi halların yaşanmaması üçün mütəmadi olaraq tikinti şirkətlərinin rəhbərlikləri ilə görüşlər keçirilməli və əhali arasında geniş təbliğat işləri aparılmalıdır. Bunun üçün kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunmalıdır. Biz belə görüşlərin keçirilməsinə həmişə hazırıq və ümid edirik ki, bu işdə Fövqəladə Hallar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, "Azəravtoyol" ASC, yerli icra orqanları və bələdiyyələr bizə daim dəstək olacaqlar.

Bundan əlavə, parklanma qaydalarının pozulması hallarının əsas subyektlərinin sürücülər olduğunu nəzərə alaraq adlarını qeyd etdiyim təşkilatların nümayəndələri ilə birlikdə hüquqi və fiziki şəxslərlə mütəmadi olaraq təşkilatdaxili və məhəlli görüşlərin keçirilməsi faydalı olardı. İnsanlara əyani şəkildə izah olunmalıdır ki, onların kiçik xəta kimi hesab etdikləri parklanma qaydalarının pozulması halları böyük faciələrin qarşısının alınmasına çətinliklər yarada bilər. Buna misal olaraq qeyd olunmalıdır ki, xüsusi təyinatlı iriqabaritli yanğınsöndürən, təcili yardım və polis avtomobillərinin küçə və yollarda sərbəst hərəkət edə bilməsi vətəndaşların həyat və sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir.

Fazil Əfəndiyev,
Bakı şəhər DYPİ-nin Hərəkətin təşkili şöbəsinin əməkdaşı,
polos mayoru