Bakıda polisə əl-qol atan taksi sürücüsü həbs edildi

elqol

Onun barəsində 10 gün inzibati həbs qərarı çıxarılıb

Bakıda yol hərəkəti qaydalarını pozaraq yol polisinə tabe olmayan sürücü həbs olunub.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə, "VAZ" markalı, 90 VD 409 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Əliyev Elşən Xamməd oğlu dayanma-durmanın qadağan olunduğu ərazidə maşını saxlayaraq taksi fəaliyyəti ilə məşğul olub.

Yol polisi əməkdaşı ona yaxınlaşaraq avtomobili götürməyi tələb etdikdə sürücü bundan imtina edib.

Daha sonra DYP inspektoru sürücüdən sənədləri tələb edərək cərimə yazacağanı bildirdikə sürücü tabe olmayaraq polisə əl-qol atıb və onu itələyib. Sürücünün bu hərəkətləri ona baha başa gəlib və saxlanılıb.

Toplanmış materiallar Yasamal rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Elşən Əliyev 10 gün inzibati həbs cəzası ilə cəzalandırılıb və məhkəmə zalından birbaşa DİN-in İnzibati həbs olunanların saxlanma məntəqəsində aparılıb.

Авто Новости