Bakıda iki maşın bir piyadanı vurub öldürdü

ikivurdu

Əraziyə toplaşan insanlar daha bir qəzaya səbəb olublar

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hava limanı yolu ilə hərəkətdə olan sərnişin avtobusu təqribən 40-45 yaşlı kişini vurub. Hadisə o, yolu keçmək istəyən zaman baş verib. Yaralı hadisə yerində keçinib.

Əraziyə toplaşan insanlar isə daha bir qəzaya səbəb olublar. Belə ki, qəfil əyləci basmaları səbəbindən "Toyota" markalı avtomobillə "Jeep" toqquşub.

Avtosfer.az bildirir ki, hadisə baş verən ərazidən 50 metr irəlidə yerüstü piyada keçidi var. Bunu fotodan da aydın görmək mümkündür.

Авто Новости