Binəqədidə 200-dən çox ailə piyada keçidinin yoxluğundan əziyyət çəkir - VİDEO

eziy

Xüsusilə də məktəbə gedən uşaqlar yol keçərkən böyük təhlükə ilə üzləşirlər

Binəqədi rayonu Rəsulzadə qəsəbəsində Baksol yaşayış massivində 200-dən çox ailə ərazidən keçən yolda piyada keçidinin olmamasından əziyyət çəkir. Xüsusilə də məktəbə gedən uşaqlar yol keçərkən böyük təhlükə ilə üzləşirlər.

Ərazidən ağır yük maşınları və digər avtomobillər sürətlə şütüyür. Nəticədə isə yolun bir tərəfindən digər tərəfinə keçmək demək olar ki, mümkünsüz hala gəlir. Ərazidə yaşayan sakinlər bildirirlər ki, piyada keçidi olmadığına görə ərazidə dəfələrlə qəzalar baş verib. Yolu təhlükəsiz keçmək üçün isə bəzən onlarla dəqiqə gözləmək lazım gəlir.

Sakinlər problemlərinin həll edilməsi üçün aidiyyati qurumlardan kömək gözləyirlər.